Ümumi Müddəalar
Bu İstifadə Şərtləri və Qaydaları (bundan sonra "Şərtlər") shopdetal.az (bundan sonra "Sayt" və ya "Biz") veb-saytından istifadə qaydalarını tənzimləyir. Sayta daxil olmaqla və ya xidmətlərimizdən istifadə etməklə siz bu Şərtlərlə tam razılaşdığınızı təsdiq edirsiniz.
Qeydiyyat və Hesabın Təhlükəsizliyi
- Sifariş rəsmiləşdirmək üçün Saytda qeydiyyatdan keçmək və ya qonaq qismində məlumatları daxil etmək tələb oluna bilər.
- İstifadəçi öz hesab məlumatlarının (şifrə və s.) məxfiliyinin qorunmasına görə şəxsən məsuliyyət daşıyır.
- Təqdim edilən fərdi və əlaqə məlumatlarının (ad, soyad, telefon, ünvan) doğruluğuna istifadəçi cavabdehdir.
Məhsul Məlumatları və Uyğunluq
- Biz saytda yerləşdirilən avtomobil ehtiyat hissələrinin (istər sıfır, istərsə də işlənmiş) xüsusiyyətləri, OEM nömrələri və uyğunluq məlumatlarının ən doğru şəkildə təqdim edilməsinə çalışırıq.
- Buna baxmayaraq, sifariş verməzdən əvvəl ehtiyat hissəsinin avtomobilinizə (VIN kod və ya mühərrik nömrəsi əsasında) tam uyğun olub-olmadığını dəqiqləşdirmək istifadəçinin məsuliyyətindədir.
Əqli Mülkiyyət
Saytda yerləşən bütün məzmun (mətnlər, qrafiklər, loqotiplər, şəkillər və proqram təminatı) shopdetal.az-a və ya onun tərəfdaşlarına məxsusdur və müvafiq qanunvericiliklə qorunur.